Xəbər lenti

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
18:36
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən  verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

Əlavə məlumat veriləcək.



Ana səhifəyə qayıt        Baxış: 1 827          Tarix: 16-08-2021, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma