Xəbər lenti

 

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatda bildirilir.

Məlumata əsasən, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat gözlənilir.


*** 17:29 04.08

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 5-08-2019, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma