Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
“Naxçıvan harayı”
Naxçıvan MR-ın Respublika Xəstəxanası öz unikallığına görə, dünya səhiyyə tarixinə düşməyə haqq qazanıb. Amma burada söhbət müalicə işinin mükəmməlliyindən getmir. Naxçıvanın Respublika xəstəxanası dünyadakı həmcinsləri arasında səhiyyəyə gümrük qaydaları gətirən yeganə sağlamlıq ocağıdır.
Ovqat.com-a Muxtar Respublikadan göndərilən şikayət məktublarından belə anlaşılır.
İddialara görə, Naxçıvan Respublika xəstəxanasında rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul alınır. Hər gün həmin şöbələrə 150-160 nəfərin müraciət etdiyini nəzərə alsaq, bu, heç də kiçimsənəcək məbləğ deyil.
Naxçıvanın xəstə vətəndaşlarının problem bununla da bitmir. Redaksiyamızın ünvanına göndərilən şikayət məktublarından bəzi çıxarışları olduğu kimi diqqətinizə çatdırırıq. Şikayətlərin təqdimatından əvvəl bildiririk ki, bu gündən etibarən Ovqat.com saytında “Naxçıvan harayı” rubrikasının yayımına başlayırıq.
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl yerli tele-jurnalistlərə verdiyi müsahibədə vətəndaşları qarşılaşdıqları problemləri mütləq ictimailəşdirməyə dəvət etmişdi. O vurğulamışdı ki, Azərbaycanda baş verən özbaşınalıqları media orqanlarından oxuyur və problemləri ortadan qaldırır. Məmurlar üzərində ictimai nəzarəti təmin etmək və Respublika rəhbərliyini ölkənin real vəziyyəti ilə məlumatlandırmaq üçün vətəndaşları aktiv olmağa çağıran ölkə başçısı bildirmişdi: “Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək... Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
Biz də Prezidentin bu çağırışını əldə rəhbər tutub Muxtar Respublika əhalisi ilə Azərbaycan rəhbərliyinin arasında körpü yaratmaq məqsədilə “Naxçıvan harayı” rubrikasını yaratmağa qərar verdik. Qarşılaşdığınız problemləri ya birbaşa bizim e-mail ünvanına, ya da təhlükəsizliyinizin təminatı üçün Bakıda və digər rayonlarda yaşayan yaxınlarınız vasitəsilə Baş redaktorumuzun WhatsApp nömrəsinə göndərə bilərsiniz. WhatsApp nömrəmiz: 055 746 40 44.
“Naxçıvan harayı”nın ilk buraxılışını təqdim edirik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 18 mart 2020-ci il tarixli Fərmanı ilə bu diyarda icbari tibbi sığorta tətbiq olunur. Bizə göndərilən şikayət məktublarında isə vətəndaşlar bu haqlarından istifadə edə bilmədiklərini vurğulayırlar. Onların bildirdiklərinə görə, xəstəxanalarda sığortalı xəstələri elə get-gələ salırlar ki, sonunda məcbur qalıb pullu xidmətdən istifadə edirlər. Maraqlıdır ki, sığorta adı gələndə işləməyən şöbələr pulu xidməti canla-başla yerinə yetirirlər. Özü də normal qiymətindən bir neçə dəfə baha.
Bildirildiyinə görə, tibbi sığorta Naxçıvanda sözün həqiqi mənasında mənimsəmə vasitəsinə çevrilib: “Hər kəsə tibbi sığorta adıyla 2000-3000 manat yazılır və heç kimə bu pul verilmir. Ümumiyyətlə, tibbi sığorta Muxtar Respublikanın kasıb əhalisinin başında çatlayıb. Halbuki, hər kəs tibbi sığortaya keçmək xəbərini eşidəndə sevinmişdi. Tibbi sığortanın gətirdiyi yeganə dəyişiklik isə qiymət artımında oldu. Əvvəl UZİ-yə 10 manat verilirdisə, indi onun qiyməti rəsmən 30 manata yüksəlib. Əhali əvvəl bu qiymət artımına əhəmiyyət vermirdi. Necə olsa, tibbi sığorta yolu ilə ödənəcəkdi deyə düşünürdü. Lakin, necə deyərlər, sən saydığını say, gör, “xan” nə sayır; indi tibbi sığorta adı çəkiləndə Muxtar Respublikanın xəstəxanalarında heç bir avandanlıq işləmir. İnsanlardan məcburi nəğd ödənişlər tələb olunur. Şikayətçilər dəfələrlə Ali Məclisə getsələr də, onların qarşısına adətən Vasif Talıbovun Birinci müavini Azər Yadulla oğlu Zeynalov çıxır. Azər müəllim isə insanlarla kobud rəftar edib qorxudaraq yola salır. Xəstələr məcburən nəğd ödənişlə müayinə olunurlar. Onlardan həm də tibbi sığorta ödənişi çıxılır. Yəni Naxçıvanın səhiyyə sistemi indiki məzənnə ilə ikiqat, köhnə məzənnə ilə 6 qat qazanır”.
Şikayətçi iddia edir ki, artıq Naxçıvanda hər kəs köhnə səhiyyə sisteminin – “sığortasız günlərin” nostalgiyasını yaşayırlar.
İddialara inansaq, ən acınacaqlı vəziyyət Naxçıvanın Respublika xəstəxasında yaşanır: “Xəstəxananın yeni təyin olunan baş həkimi Bağırov Zəbur David oğlu MR Səhiyyə nazirinin yaxın qohumudur. 2018-ci ildə bu vəzifəyə təyin olunub. Ötən il keçirilən Ali Məclisə seçkilərdə 38 saylı dairəsindən deputat mandatı ilə mükafatlandırılan Zəbur həkim üzərindən az keçməmiş Səhiyyə nazirinin 69 saylı əmr ilə yaradılan Tibbi Şuranın rəhbərliyinə gətirildi. Bir sözlə, Naxçıvanın bütün səhiyyə sisteminin taleyi cəmi 35 yaşı olan bu gənc adama həvalə edilib. O da özünü hakimi-mütləq kimi hiss edib müştəri gözüylə baxdığı xəstələrlə ürəyi istədiyini davranır”.
Naxçıvan səhiyyəsinin həm xəstələrdən, həm sığortadan pul qazanmasının Muxtar Respublikada böyük qalmaqal səbəb olduğu bildirilir: “Səbəb isə sığortadan külli miqdarda pulun ayrılmasıdır. Yəni xəstəxanalarda həkimlər tərəfindən icra olunmayan prosedurlar, bir əməliyyat əvəzinə xəstədə 2-3 cərrahi əməliyyat aparılmış kimi göstərilməsi, sığorta sistemini çöküşə sürükləyir”, - şikayət məktubunda belə deyilir.
İddia olunur ki, ayın axırı həkimlərin hesabına yüklü miqdarda vəsait köçürülür: “Bu hesabla Naxçıvanın ən yaxşı yaşayan təbəqəsi həkimlər olmalıdır. Görəsən belədirmi? Əlbəttə ki, yox!
İndi sizə Respublika xəstəxanasında ənənə halını almış bir halı deyim. Sığorta pulu köçürülən günün səhəri həkimlər (80%) qrup halında sırayla ikinci mərtəbəyə qalxırlar. Baş həkim tərəfindən əvvəlcədən yazılmış siyahıya əsasən, hesablarındakı pulun 30%-ni götürməklə yerdə qalan pulu geri qaytarırlar. Yəni həkimlər heç də qaz vurub, qazan doldurmur. Burada oturduğu yerdə cibi dolan biri varsa o da baş həkim Zəbur Bağırovdur.
Bu cür hər tərəfindən pul yağan bir xəstəxananın borclu olması çox düşündürücü bir haldır.
Yerdə qalan həkimlər (20%) isə normal işlədiyi halda heç bir sığorta əlavəsi almayanlardır. Bunlar baş həkim üçün qazanc mənbəyi sayılmadığından hər dəfə təhqirə, işdən qovulmaq təhdidinə məruz qalırlar.
Xəstəxanada bir də baş həkim tərəfindən "torpaqbasdı" haqqı alınır. Rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul toplanır. Gün ərzində bunlardan 150-160 insanın istifadə etdiyini nəzərə alsaq bu məbləğin heç də az olmadığını görərik”.
Respublika xəstəxanasından gələn digər məktublardakı önəmli iddialar isə belədir:
- Baş həkimin hərəkətlərində qəribə bir təzad var.Bir müddət əvvəl işçiləri toplayıb “bura qaş ustası gətirmişəm, qaş döydürməlisiniz”, deyən insan indi dırnaq sökdürür.
- Artıq iki ilə yaxındır Respublika xəstəxanasında həkim endoskopist kimi çalışan doktorun əslində xəstəxanada heç bir yerdə adı olmadığı aşkarlandı. Həmin yer hal-hazırda vakant yer olaraq qalır. Və ağlımıza gələn ilk şübhə həmin şəxsin ("Paşa dr.") bəlkə də heç həkim belə olmamağıdır.
- Amma qeyd etdiyimiz həkimin haqqını da danmayaq. Xəstəxanada çalışmasa da gün ərzində 15-20 sığortalı xəstəni ödənişli olaraq müayinə edib. Yəni kişi qazanc mənbəyidir vəssalam. Bunun qanuni və ya qanunsuz olması isə əhəmiyyət kəsb etmir
- Son günlər isə baş həkim fəaliyyətini daha da genişləndirib. Öz həkimlik fəaliyyətinə işçilərin əllərini yoxlamağı da əlavə edib. Qadın işçilərin əlindəki əlcəkləri çıxarıb bir-bir dırnaq yoxlayır. Maraqlıdır əlcəklə işlənən bir yerdə bu yersiz hərəkət nəyə lazımdır?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar