Xəbər lenti

 

Gənckən, oxuduğum məşhur bir atalar sözü vardı: “Naxçıvanın duzu, qızı, qarpızı”.

Açığını desəm, o dövrlərdə Naxçıvanın qarpızına heç rast gəlməmişdim. Duzuna isə söz ola bilməz. Naxçıvanın qızları da ağırbaşlı, işgüzar, gözəl olurlar. Amma son zamanlar Naxçıvan Qızlar Liseyinin qazandığı uğurlara baxanda həmin atalar sözünün tam mahiyyəti ortaya çıxır.

Naxçıvan qızları təhsil sahəsində də xeyli irəli gediblər.  Bu iddianın nə qədər həqiqət olduğunu anlamaq üçün Naxcivantv.az-ın bir məlumatını Ovqat.com oxucularının diqqətinə sunuruq:

Məlumata görə, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Naxçıvan Qızalar Liseyiyinin məzunları bu ilki imtahanlarda 100 faiz nəticə əldə ediblər.

Bu il məzun olan 36 şagirdin hər biri imtahanlarda keçid balını toplayıb. Hətta muxtar respublika üzrə ən yüksək - 691 balı toplayan Gülnar Fərəcova da bu liseyin məzunudur.

Naxcivantv.az xəbər verir ki, liseyin bu ilki məzunlarından 13 nəfəri 500-700 intervalında bal toplayıb.                       

Naxçıvan Qızlar Liseyinin müəllim və şagird kollektivinə yeni dərs ilində də uğurlarının davamı arzulayırıq.




Ana səhifəyə qayıt        Baxış: 3 278          Tarix: 3-08-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma