Xəbər lenti


NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və konfrans iştirakçıları teatrın foyesində ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgiyə baxıblar.



Ana səhifəyə qayıt        Baxış: 4 115          Tarix: 7-05-2022, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma