Xəbər lenti

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı bizə müraciət olunub. Bu, özəl universitetdir və bağlanma da təsisçinin qərarıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il həmin universitetin sonuncu kursunda təhsil alan tələbələr ali məktəbi bitirəcəklər. Aşağı kurslarda təhsil alanlar isə müvafiq qaydada digər ali məktəblərə köçürüləcəklər: “Əgər tələbənin balı yüksəkdirsə, universitetə qəbul olarkən hansı ali məktəblərə qəbul ola bilərdisə, həmin ali məktəblərdən birinə köçürülə bilər. Və ya yaşayış yerinə uyğun olaraq ali məktəblərə qəbul olunacaqlar”.

Gülnar Əliyeva




Ana səhifəyə qayıt        Baxış: 5 422          Tarix: 29-02-2024, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma