Xəbər lenti

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi başa çatıb.

“Report”un Şimal bürosu xəbər verir ki, Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində mərhumun ailəsinin yaşadığı evdə təşkil olunan vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əsgərin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağını mərhumun atası Kamal Xələfova təqdim edib.




Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 6-04-2024, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma