Xəbər lenti
6-09-2024, 16:12

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.

Almaz Qasımova

13:05

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.

12:53

Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb.

Bununla bağlı Gününsəsi.info məlumat yayıb.

Bildirilib ki, onun evində olmasına dair məlumatdan sonra polis əməkdaşları onun mənzilinə gediblər.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.





Ana səhifəyə qayıt        Baxış: 3 096          Tarix: 24-06-2024, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma