Xəbər lenti

Sentyabrın 26-sı saat 16:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

Ovqat.com xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 177          Tarix: 26-09-2024, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma