
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".
Məhərrəm Əliyev
14:53
Əməkdar artist Cabir İmanovun Bakıdakı idman zalında vəfat etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
14:19
Əməkdar artist Cabir İmanov vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Paylaş: