Xəbər lenti

Sabiq deputatın işində növbəti məhkəmə

Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Publika.az bildirir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub.

Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.

Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Dünyamin Xəlilov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.

O, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.

Dəstə üzvləri həmçinin “Azərbaycan Beynəlxalq Bank”ına külli miqdarda ziyan vurublar.

Daha sonra təqsirləndirilən Rauf Əliyevin apelyasiya şikayətin verilmə müddətin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılması istənilib. Məhkəmə vəsatəti təmin edib. Cinayət işi birinci inatansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 12-09-2017, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma