Xəbər lenti

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edənlərdən biri, sabiq deputat-oliqarx Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Ovqat.com bildirir ki, Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə D.Xəlilov çıxışı edərək günahının olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib: ”2007-2008-ci illərdə bankın rəhbərliyi layihələr həyata keçirilməsi barədə qərar çıxarmışdı. Xarici ölkələrdə bir neçə layihələrə vəsatlər qoyuldu. İzahatlardan aydın görsənir ki, biz bunları həyata keçirə bilməzdik. Bu, bankın öz təşəbbüsüdür. Həmin pullar birbaşa bankla transfer olunub. Sənədlərdə də açıq görsənir ki, pullar haradan götürülüb, hara göndərilib. İttiham aktında qeyd edilib ki, guya biz mütəşəkkil təstə yaradıb bankı talamışıq. Mən təqsirləndirilən Raufu məhkəmə zalında gördüm. Həmçinin də digərlərini də. İttihamda 50 milyonluq mal materillarının gətirilməsi qeyd edilib. Mən bununla razılaşmıram".
Məhkəmədə hökm oxunub. Məhkəmənin hökmü ilə D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
M.Zeynalov, S.Seyfullayev, F.Əmiraslanov hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər. Ş.Musayevlə, R.Əsgərov, R.Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcu olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov və Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 24-07-2017, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma