"Bu gün Azərbaycanda 15-17 yaş arası qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı xeyli azalıb. Ancaq 2018-ci ildə 2129 belə uşaq dünyaya gəlib, bu isə az rəqəm deyil".
Redaktor.az-ın xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunun üçün 15-17 yaşında təxminən 3000-3500 qız qeyri-rəsmi nikaha girməlidir ki, onlardan da 2129 uşaq dünyaya gəlsin: "Hazırda cənub zonasında erkən nikahlarla bağlı rəqəm Aran zonası ilə müqayisədə elə də qorxulu deyil. Hətta Bakının kəndlərində də erkən nikahlar qeydə alınır. Araşdırmamıza görə, cənub zonasının elə ucqar kəndləri var ki, son 10-15 ildə orada ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə əksinə, təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi odur ki, o bölgədə radikal dini qruplaşmaların təsiri altına düşən oğlanların sayı çoxdur"
Paylaş: