Xəbər lenti

 

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmonavtları Kristina Kuk və Endryu Morqan, Cessika Meir bazar günü Beynəlxalq Kosmik Stansiyasında (BKS) uğurlu əməliyyat həyata keçirib. Belə ki, onlar kosmosda qurğuların batareyalarını dəyişiblər.

Bu barədə NASA-nın saytında qeyd edilib.

Stansiyada batareyaların dəyişdirilməsi üçün əvvəlcədən 6 saat yarım planlaşdırılsa da, bu iş təxminən yeddi saat davam edib.

Kosmonavtlar saat 07:39-da işə başlayaraq köhnə hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyası quraşdırıblar.

16, 21 və 25 oktyabr tarixlərində kosmosda analoji işlər davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, hazırda adıçəkilən NASA kosmonavtları ilə yanaşı, Rus kosmonavtları – Aleksandr Skvortsov, Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano (İtaliya) BKS-dədirlər.  (apa)




Ana səhifəyə qayıt        Baxış: 458          Tarix: 7-10-2019, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma