“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərədə məhkəmə önünə çıxacaq.
Northwaleschronicle.co.uk-un yaydığı xəbərə görə, Z.Hacıyeva Londonda 10 il ərzində “Harrods”da 16 milyon funtsterlinqdən artıq pul xərclədiyi üzə çıxandan sonra onunla bağlı Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamı əsasında araşdırma başladılıb.
“McMafia” adlandırılan Z.Hacıyeva bu prosedurla məhkəməyə cəlb edilən ilk şəxs olub. Z.Hacıyeva ona qarşı irəli sürülən ittihamları rədd edərək, bunun ədalətsiz bir ittiham olduğunu bildirib.
Baş Ədliyyə Lordu Brunnetin rəhbrəliyi ilə fevralın 12-də məhkəmə Z.Hacıyeva barəsində qərar verəcək.
İstintaq materiallarında Z.Hacıyevanın on il ərzində xərclədiyi sərvət qeyd edilib. Bildirilir ki, o, təkcə bir gün ərzində 600 000 funt sterlinq xərcləyib. “Christie's”dən olan 49 zinət əşyasına 400 000 funt sterlinq ödəyib. Z.Hacıyeva və C.Hacıyev Knigtsbricdə Volton prospektində yerləşən malikanələrini 2009-cu ildə 11,5 milyon funt sterlinqə alıblar.Oxu.az
Paylaş: