Xəbər lenti


“Karantin dövründə Bakı şəhərində ərzaq qıtlığı hiss olunmayıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 

O bildirib ki, ölkədə ərzaq bazası yaradılıb: 

“Bu gün Ermənistanda Azərbaycandan 3 dəfə az adam yaşayır.

Bizdə virusa yoluxmuş xəstə sayı 3 minə yaxınlaşır, Ermənistanda artıq 4 min olub.

Bu, Prezident İlham Əliyevin qabaqlayıcı siyasətinin nəticəsində əldə edilən uğurdur.

Bu gün Prezidentin və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə bütün paytaxt küçə və prospektləri dezinfeksiya olunur. Bu işi
davam etdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətində bütün lazımı avadanlıqlar var. 

Bakı böyük şəhərdir, bir ucundan o biri tərəfinə 138 kilometrdir. Belə böyük şəhəri təmiz saxlamaq çətindir, amma Prezidentin siyasəti nəticəsində bunun öhdəsindən gəlmişik.

Bakı beynəlxalq təşkilatlar tərəfindən də təmiz şəhər kimi tanınır. 

Bu gün BŞİH-in balansında 1100-dən çox bina var. MTK və kooperativlər cəmiyyət yaradaraq dezinfeksiya işlərini həyata keçirməlidirlər. Biz də onlara kömək edəcəyik.

Bunlar böyük problem deyil, əsas problem virusun hələ də qaldığına insanları inandırmaqdır.

Biz maarifləndirmə işlərini gücləndiririk. Vətəndaşlar maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdırlar. İki aydır təbliğat aparılır, amma ictimai nəqliyyatda çəkilən şəkildə görünür ki, bir nəfər də maska taxmayıb.

Bəşər tarixində ilk dəfə pandemiya eyni anda bütün dünyanı əhatə edir. Qaydalara əməl etməsək, biz payızda daha böyük dalğa ilə üz-üzə qalacağıq.

Bu gün məhdudiyyətlər götürülüb, amma karantin qaydalarına nəzarət etmək zəruridir”. 

Murad Əhməd






Ana səhifəyə qayıt        Baxış: 2 414          Tarix: 18-05-2020, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma