Xəbər lenti


“Bu iki gün ərzində baş ağrısı, diş ağrısına görə belə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət olunub”.

Bu sözləri “Qafqazinfo”ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qapanma günlərində vətəndaşların “103”lə bağlı səsləndirdiyi şikayətlərə cavabında deyib.

Bildirib ki, Təcili Tibbi Yardım sutkalıq 2500-ə yaxın çağırış icra edib:  “Biz insanları əvvəlcədən məlumatlandırdıq ki, belə bir qapanma olacaq və apteklər belə fəaliyyət göstərməyəcək. Müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Belə çağırışların artması ilə də COVID-19 şübhəsi olan xəstələrə təcili yardım maşınları getməyi çatdırmayıb. Ancaq yenə də maksimum sayda çağırışlara gedilib.
Bundan başqa, fərdi nəqliyyat vasitəsi olmayan dializ xəstələrinin də xəstəxanalara aparılıb-gətirilməsi üçün ambulanslardan əlavə nəqliyyat təşkil olunub.

Bütün bunları nəzərə alaraq, ləngimələrin olduğunu təkzib eləmirik. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və adi məsələlər üçün təcili yardım maşınlarını məşğul etməyəcəklər”. 

TƏBİB sözçüsü onu da qeyd edib ki, əgər növbəti qapanmalar olsa, insanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriləcək: “Vətəndaşlar da anlayışlı qarşılasınlar ki, sadəcə ağrıkəsicidən ötrü təcili yardımı çağırmaq olmaz.

Daha ciddi xəstələr var və belə vəziyyətdə onlar üçün gecikmələr yaranır”.



Ana səhifəyə qayıt        Baxış: 2 508          Tarix: 8-06-2020, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma