Ekranlarda tez-tez gördüyümüz, yaşayışlarına qibtə etdiyimiz bəzi məşhurların həyatı əslində acı gerçəklərlə doludur. Bəziləri valideynləri tərəfindən atılıb, uşaq evində böyüyüb, yaxud başqa ailə tərəfindən övladlığa götürülüb. Ailem.az başqaları tərəfindən övladlığa götürülən məşhurları təqdim edir.
Stiv Cobs
1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble, atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və maşinist idi. Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında saatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu “Apple” şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona da sonralar Amerikanın yazıçılarından biri olur.
Nikol Riçi
Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızı olaraq tanınır. Amma həqiqət elə deyil. Nikol əslində Laynl Riçinin orkestrində çalışan bir cütlüyün qızıdır. Nikolun ailəsi onu üç yaşına qədər böyüdüb, daha sonra maddi durumları yaxşı olmadıqları üçün dostları müğənninin himayəsinə veriblər. Nikol 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəl rəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb.
Con Lennon
Con dünyaya gələndən dərhal sonra valideynləri ayrılmışdı. Amma sonra yenidən evlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Çünki yolda kinoya baxmaq istəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağına söz verərək... Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir.
Koko Şanel
Dünyadakı ən məşhur qadın dizayner 1883-cü ildə Samurda dünyaya gəlib. 5 uşaqlı bir ailəsi olub və ailənin maddi durumu yaxşı olmayıb. 12 yaşında atası onu əvvəlcə bir uşaq evinə, sonra katolik monastrına, daha sonra da yatılı bir internat məktəbinə göndərib. Kokonun dediyinə görə, yaşadıqları onu bu peşəni seçməyə məcbur qoyub. Çünki həyatı boyunca ancaq boz rəngli bir məktəbli forması geyinmək məcburiyyətində olmuşdu.
Ray Liotta
Rayın bioloji valideynləri onu rədd edib, çünki bir uşağı saxlamaq məsuliyyətini üzərlərinə götürməyiblər. Zəngin bir italyan ailə tərəfindən övladlığa götürülən Rayın bir bacısı var.
Jamie Foxx
Məşhur aktyor Jamie Texasda Lusi Dixon və Darrell Bishopun ailəsində dünyaya gəlib. Doğuşdan qısa müddət sonra ailəsi Jamieni övladlığa verib. Yeni ailəsi ona sənəti sevdirib. Pianoda ifa etməyi öyrədib.
Paylaş: