Tez-tez iş yerini dəyişən tanınmış həkim Rafik Dəmirçalov yenidən Leyla Şıxlinskayanın klinikasına baş həkim təyin olunub. Bu barədə o, öz “Feysbuk” səhifəsində yazıb. Son günlər Rafik Dəmirçalovun sosial şəbəkələrdə olan səhifəsində rəhbər təyin edildiyi klinikada edilən cərrahiyyə əməliyyatları və başqa tibbi xidmətlərə endirim edilməsi, hətta kredit təklifilə bağlı reklam xarakterli mətnlər paylaşılır. Baş həkimin paylaşımlarından sitat:
” Qayıdan kimi bütün əməliyyatlara 50% endirim etdim və kredit imkanları yaratdım. Özümün etdiyim bu əməliyyatları indi ucuz və kreditlə edə bilərsiniz”.
Baş həkimin kreditlə bağlı verdiyi elanın sırasında sünnət əməliyyatı da var. Dəmirçalov qiyməti 100 manat olan sünnətlə bağlı ödəməni 6 ay kreditlə təklif edir.
SƏBUHİ /Azinforum.az/
Paylaş: