Xəbər lenti


Ermənistanın Qafan rayonundan Gorusa gedən yol erməni polisi tərəfindən bağlanıb.
 
Ovqat.com xəbər verir ki, Ermənistan Sərhəd Qoşunları Komandanının müavini Armen Mkrtçyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində  bildirib.
 
Azərbaycan Ordusunun Karmrakar-Şurnux beynəlxalq magistralı üzərində öz suverenlik hüququndan doğan nəzarəti bərpa etməsindən sonra yaranan vəziyyəti şərh edən Mkrtçyan bildirib ki, Ermənistan hakimiyyəti ölkənin şimalından cənubuna gedən alternativ yolları işə salıb: “Nəqliyyat vasitələri Tatev vasitəsilə, eləcə də Sisyan üzərindən dolama yollarla mənzillərinə istiqamətləndirilirlər”.

 
 
O, həmçinin bildirib ki, Azərbaycan hərbçiləri Gorus-Qafan younun cəmi 5-6 km-də fəaliyyəti dayandırıb və ərazidə blokada şəraitində qalan nəqliyyat vasitələri, o cümlədən həm Ermənistan, həm də xarici nömrə ilə yük, sərnişin maşınları, evakuasiya edilib, vətəndaşlarla bağlı heç bir problem yoxdur.
 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti avqustun 25-də, təxminən, 23:00-da Azərbaycan tərəfi Qafan-Gorus beynəlxalq yolunun Karmrakar-Şurnux hissəsinin Azərbaycan tərəfindən bloklandığını bildirmişdi. Ardınca Ermənistan ombudsmanı Arman Tatoyan Azərbaycan hərbçilərinin Qorusdan – Qafana gedən yolun Vorotan kəndi yaxınlığındakı hissəsini də bağladığını iddia etmişdi. Xəritədən də gördüyümüz kimi, bağlandığı iddia olunan yol İrandan Laçın koridoruna uzanan magistral üzərindədir və cənub qonşumuzdan Qarabağa məhz bu nəqliyyat xətti ilə silah-sursat, yanacaq daşınır. Azərbaycanın bütün şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, İran bu əməllərini dayandırmaq istəmir, hətta XİN-nin verdiyi notanı belə, diplomatik sənəd kimi məhəl qoymadığına eyham vurmuşdu. Görünür, İran və Rusiyanın mehriban qonşuluq siyasətilə uzlaşmayan bu hərəkətləri Azərbaycan ordusunun məcburi bəzi addımlar atmağa vadar edib. 


 
Ermənistan təhlükəsizlik idarəsinin yüksək çinli rəsmisinin sözlərindən belə anlaşılır ki, Ordumuzun son əməliyyatı zamanı blokadaya düşən nəqliyyat vasitələri arasında xarici nömrəli yük maşınları da olub. Xarici dövlət deyiləndə kimi nəzərdə tutulduğu tam bəlli olmasa da, söhbətin İrandan getdiyi aydındır. Nədən ki, yolun həmin hissəsi İranla Laçın dəhlizi arasındadır. Qafan rayonunun bələdiyyə sədrinin iddiasına görə, bu yol faktiki Ermənistandan İrana gedən yeganə magistral xəttidir və onun bağlanması iki dövlət arasındakı nəqliyyat əlaqələrini tamamilə dayandıra bilər.



Şəkildə: İrandan Qarabağa gedən yük maşınları və avtobuslar Gorus-Qafan yolunun açılmasını gözləyirlər.







Ana səhifəyə qayıt        Baxış: 7 543          Tarix: 26-08-2021, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma