Xəbər lenti

“Yer planetinin sakinləri burada Aya ayaq basıb. İyul, 1969-cu ildir. Biz bütün insanlığın adından sülhlə gəlmişik”.

Bu sözlər Ayın səthində qalan eniş pilləkəninə həkk olunmuş lövhədə yazılıb. Lövhənin üzərində Yer yarımkürəsinin xəritələri, üstəlik, astronavtların və ABŞ-nin ovaxtkı prezidenti Riçard Niksonun imzası var.

“Apollon 11” Ayın səthində 21 saat 36 dəqiqə qalıb. Astronavtlar Neil Armstronq və Bazz Oldrin hər şeyə, hətta ölümə belə hazır idilər. Maraqlı faktlardan biri də odur ki, işlər planlaşdırıldığı kimi getməsə və fəlakət baş versəydi, ABŞ Prezidenti Niksonun kosmonavtlar haqqında deyəcəyi vida nitqi belə hazır idi. Ayın tədqiqi yolunda atılan ilk addım uğurlu idi. Neil Armstronqun təbirincə desək, bu, bir insan üçün kiçik, bəşəriyyət üçün isə böyük addım idi.

Amma işlər birdən-birə dayandırıldı. Kosmos uğrunda aparılan mübarizədən həm ABŞ, həm də SSRİ əlini üzdü. Bəs niyə ABŞ və SSRİ eyni vaxtda Aya uçmağı dayandırdı?

Ətraflı Baku TV-nin süjetində:





Ana səhifəyə qayıt        Baxış: 2 612          Tarix: 30-04-2022, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma