Xəbər lenti
 Avqustun 21-də tam Günəş tutulması baş verib.

APA-nın xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.

 Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib. 

 Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub.

 Günəş tutulması saat 01:04-də sona çatıb.

 Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.

 İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.

 Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

 Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.




Ana səhifəyə qayıt        Baxış: 1 135          Tarix: 22-08-2017, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma