Xəbər lenti
Dünən, 22:41

 

Yemiş desert tərəvəz sayılır. Yemişin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Yemişin tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor və s.), qidalı liflər var. Belə zəngin tərkibin sayəsində yemiş bir çox orqan və sistemlər üçün faydalıdır.

1. Kalium və maqneziumla zəngin olan yemiş ürək-damar sistemi üçün olduqca faydalıdır, ürəyə olan gərginliyi azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

2. Yemiş qan üçün çox faydalıdır. Onun tərkibində qanın keyfiyyətini yaxşılaşdıran dəmir, mis, fol turşusu var.

3. Yemiş antisstress təsirə malikdir - əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır, yuxusuzluğu aradan qaldırır.

4. Qidalı liflərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçənginin riskini azaldır, qanda xolesterolun səviyyəsini aşağı salır.

5. Yemiş böyrəklər və sidik kisəsi üçün faydalıdır.

6. Yemiş qaraciyəri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

7. Yemiş təbii afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır. Yemiş və xüsusilə onun toxumları qədim zamanlardan potensiyanı (kişi gücü) artıran təbii vasitə kimi tanınır. /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 097          Tarix: 9-07-2017, 19:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent