Xəbər lenti

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar müsbət nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədrləri və digər rəsmilərin verdiyi bəyanatlar da danışıqların nəticəsinə təsir etmir. Problem olduğu kimi qalmaqdadır”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.  Politoloq vurğulayıb ki, bizim əsas məqsədimiz torpaqların azad edilməsi prosesinin başlanmasıdır: “Biz istəyirik ki, həmsədrlər Ermənistana təzyiq etsin. Əks halda, onların bəyanatı demək olar ki, heç nədir, sıfıra bərabərdir. Əgər heç bir hərəkət və canlanma yoxdursa, hansı konstruktiv danışıqlardan söhbət gedə bilər?”.

Politoloqun fikrincə, ola bilsin ki,  Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə müəyyən konstruktiv fikirlər, ideyalar səslənib. Lakin bunlar heç bir nəticə verməyib: “Çünki Ermənistan prezidenti Serj Sarkisyan görüşdən sonra İsveçrədəki erməni diasporasının nümayəndələri ilə görüşdü və bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bəs Sarkisyan görüşə niyə gəlir? Danışıqlarda niyə iştirak edir? Onun rolu nədən ibarətdir? Bunu dərk etmək mümkün deyil”.

F. Sadıqovun fikrincə, Sarkisyan heç bir kompromisə getmək istəmir: “Ona heç bir təzyiq göstərilmir. Nə qədər ki, Sarkisyana təzyiq edilmədən bizi ermənilərlə əyləşdirib  kompromisə gətirmək fikrində olacaqlar, heç bir nəticə əldə edilməyəcək”. strateq.az




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 23-10-2017, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma