Heç bir qonşu ölkə digər ölkənin ərazisini mənimsəməyə bilməz.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat hesab edir ki, bəzi ölkələr tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməməsi böyük faciələrə yol aça bilər:
“Heç bir qonşu ölkə digər ölkənin ərazisini mənimsəməyə bilməz. BMT Baş Assmbleyasının Rusiyanın işğalçı dövlət elan edilməsilə bağlı qərarı da məhz bundan irəli gəlir. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müvafiq qətnamələri var. Sadəcə, bu qətnamələrin icrası ilə bağlı böyük problemlər mövcuddur. Çünki təşkilatın Qarabağa dair qəbul etdiyi dörd qətnamənin icra olunması üçün mexanizmlər mövcud deyil. Əslində, BMT və digər beynəlxalq təşkilatlar çox vaxt itirmədən bu mexanizmlərin hazırlanması işinə başlamalıdırlar. Əks təqdirdə, bu cür hallar tendensiya xarakteri alar və dünya müharibəsi təhlükəsi yarana bilər”.
Qeyd edək ki, BMT Baş Assambleyası Krım və Sevastopolda insan haqları sahəsində vəziyyətə dair qətnaməni qəbul edib. 70 ölkə qətnamənin əleyhinə, 26 ölkə isə lehinə səs verib.
Qətnamədə Krım Rusiyanın işğal etdiyi ərazi kimi tanınıb. BMT Rusiyanın bu ərazidə xüsusilə Krım tatarları və ukraynalılara qarşı diskriminasiyaya yol verdiyini təsdiqləyib.
Paylaş: