Xəbər lenti

 “Biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı maraq doğuran bütün vacib məsələlərlə bağlı məsləhətləşmələr aparmağa hazırıq”.

 APA-nın yerli bürosunun məlumatına əsasən, bunu barədə Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri bildirib.

 Z. Dzidziquri deyib ki, Gürcüstan Azərbaycanla sıx əməkdaşlıq edir və iki ölkə arasında dostluq əlaqələrinin dərinləşdirilməsi prioritet məsələlərdən biridir: “Azərbaycanlı həmkarlarımızla müzakirələr aparmaq üçün yaxın gələcəkdə görüş keçirməyə hazırıq. Biz ikitərəfli münasibətlərin gələcəkdə də pozitiv dinamika ilə inkişaf edəcəyinə əminik”.

Qeyd edək ki, ötən həftə Azərbaycan parlamentində Gürcüstanın Ermənistana Rusiyaya çıxış üçün əlavə dəhliz verməsinə etiraz ifadə olunub. Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna məsələni araşdırmaqla bağlı tapşırıq veriləcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 1-01-2018, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma