Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək səviyyəli rəsmi şəxslər ilə görüşləri nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
Xatırladaq ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2014-cü il aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olub.
2017-ci il iyulun 18-19-da isə R.Meredov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilmiş dördüncü üçtərəfli görüşü çərçivəsində ölkəmizə səfər edib.
Paylaş: