Xəbər lenti
 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfərə yola düşüb. Nazir oradan İtaliyaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Maltadan, İtaliyadan olan həmkarları ilə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
İtaliyaya səfər çərçivəsində nazir Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan fotosərginin açılışında iştirak edəcək. O, Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti Təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə oxuyacaq.






Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 17-04-2017, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma