Xəbər lenti

 

Associated Press agentliyi Səudiyyə Ərəbistanının baş konsulluğuna baxış keçirilərkən iki həftə əvvəl yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə işarə edən dəlillər tapıldığını iddia edir. SİA Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, ötən gecə baxış zamanı türkiyəli mütəxəssislər konsulluğun həyətində torpaqdan nümunələr götürüb, həmçinin qan izlərini tapmaq üçün ultrabənövşəyi şüalardan istifadə ediblər.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, müstəntiqlər Səudiyyə Ərəbistanı konsulunun iqamətgahına da baxış keçirəcəklər.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu dünən Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat sürən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.

Anadolu agentliyinin yaydığı son məlumata görə, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi bu axşam yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) təyyarə ilə Türkiyəni tərk edib.




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 16-10-2018, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma