Artıq xəstəxanadan çıxmışam. Hazırda evdəyəm və səhhətimlə məşğulam.
Ovqat.com bildirir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Partiya sədri səhhətinin normal olduğunu bildirib və qeyd edib ki, yaxın günlərdə siyasi fəaliyyətini tam bərpa edəcək.
Qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə gəldikdə ASDP sədri bildirib ki, partiya seçkilərdə iştirak edəcək: “Ancaq konkret neçə namizədlə iştirak edəcəyimizi indi deyə bilmərəm”.
Özünün seçkilərdə iştirakına gəldikdə Araz Əlizadə deyib ki, hələlik konkret qərarı yoxdur: “Hazırda gözləyirəm. Əgər seçkilərdə iştirak qərarını versəm, sözsüz ki, əvvəl seçildiyim dairədən namizədliyimi irəli sürəcəyəm”.
Qeyd edək ki, Araz Əlizadə V çağırış Milli Məclisdə 35 saylı Xətai III Seçki Dairəsinin seçicilərini təmsil edib.
Hazırda bu dairədən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Ümid Partiyasının sədri iqbal Ağazadə də namizədliyini irəli sürüb.
Paylaş: