Xəbər lenti

 “Soçi və Bakı əməkdaşdır, rəqib deyilik, bir-birmizi tamamlayırıq. Biz yanlız şəhərin gözəlliyi və yarışın təşkilatçılığı baxımından rəqabət apara bilərik. Təcrübəmizi bölüşürük və bir-birimzə kömək edirik”.

Ovqat.com “Report”-a istinadən xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələn Rusiyanın baş nazirinin müavini Dmitri Kozak deyib.

D.Kozak bildirib ki, nüfuzlu yarışın Azərbaycanda keçirilməsi Bakının dünyada tanınmasında öz töhfəsini verəcək: “Şəhər çox gözəldir, rəngarəngdir. Hər şey çox gözəl təşkil olunub. Bəyənirik və təcrübənizdən yararlanacağıq. Bu yarış bakılılardan səbr tələb edir. Ancaq bu özünü doğruldur. Bütün dünya Bakını tanıyacaq. Bakıdakı yarışın təşkilatçıları Soçiyə gələrək, təcrübə ilə tanış olurdular. Soçinin də bütün təşkilatçıları burdadır. Rusiya ilə Azərbaycan dost dövlətlərdir, srateji əməkdaşığımız var”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi saat 17:00-da start götürüb.




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 25-06-2017, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma