Xəbər lenti

 

2005-ci ildən etibarən McLaren-Honda Formula 1 heyətinin fəxri tərəfdaşı olan “Hilton” hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. Bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilib.

Azərbaycan Qran Prisini daha geniş kütlələrə tanıtmaq məqsədilə turistlərə Hilton oteldə xüsusi McLaren-Honda dizaynlı otaqda gecələmək imkanı yaradılıb. Otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib. Məşhur Formula 1 pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, McLaren-Honda sükan çarxı, Pirelli təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, McLaren-Honda heyətinin yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu Baku 2017 F1 həyəcanını, pitstop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər.

Amin

 




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 17-06-2017, 21:18      


Paylaş: