Xəbər lenti


Ermənistanın 2020-ci ilin payızında Azərbaycana total məğlubiyyəti təkcə onun ordusunu və infrastrukturunun yarısını məhv etmədi, həm də ona sərt ideoloji məğlubiyyət gətirərək, son 30 ildə Ermənistanda yaşayan “miatsum” ideyasının praktikada tamamilə həyat qabiliyyətinin utopiya olduğunu, ona inanaraq, reallaşması üçün məhrumiyyətlərə səbir edən iki nəslin həyatını hədər yerə yaşadığını göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi Oleq Kuznetsov deyib. O, bunu Ermənistandakı daxili siyasi vəziyyətdə özünü daha yaxşı göstərdiyini bildirib.

Kuznetsov ölkədə Paşinyanın tərəfdarlarının Qarabağ və “miatsum”dan imtina etməyə hazır olduqlarını, amma Köçəryanın tərəfdarlarının hələ də bunu müdafiə etdiyini deyib.

Tarixçi Cozef Baydenin “erməni soyqrımı”nı tanımasının belə Ermənistanda daxili vəziyyəti dəyişdirmədiyini, sadəcə, burada siyasi qüvvələrin qütbləşməsinə gətirib çıxardığını vurğulayıb. Qeyd edib ki, “erməni soyqırımı” anlayışı süni şəkildə SSRİ tərəfindən Karib böhranından sonra Ön Asiya və Yaxın Şərqdə erməni diasporunun səfərbər edilməsi üçün ortaya atılmış oyundur:

“Məhz o zaman Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi İrəvanda Türkiyə və qonşularına ərazi iddialarını simvolizə edən Çiçernakoberd memorialının tikintisi qərarını qəbul etdi. Bu, Amerikanın “Orion” raketlərinin Türkiyə ərazisində yerləşdirilməsinə cavab idi”.
Kuznetsova görə, Rusiyanın II Qarabağ savaşına müdaxiləsi və Azərbaycan ərazilərinin bir hissəsinin müvəqqəti olaraq onun hərbi nəzarətinə keçməsi ermənilərə orta müddətli perspektivdə Qarabağın bir hissəsində qalmağa imkan yaratmayacaq:

“Kreml hələlik Azərbaycan ərazilərinin Bakının yurisdiksiyasına tam geri qaytarılmasını dayandırmaq imkanına sahibdir, amma bunu gələcəkdə zəmanət altına almaq gücündə deyil. Bakı hər keçən gün rəsmi Moskvaya iddialarını artırır, hansı ki, Rusiya buna nə adekvat, nə də hər şeyi əhatələyən cavab verə bilir. Bu iddialar kritik həcmə çatanda Azərbaycan mütləq diplomatik, siyasi və hərbi hücuma keçəcək. Orta müddətli perspektivdə bu, Azərbaycanın əraziləri bütövlüyünü tam bərpa etməsi və Rusiya qoşunlarının Qarabağdan çıxarılması deməkdir. Bu, III Ermənistan respublikasının üzərindən xətt çəkəcək”.

Tarixçi Rusiyanın Cənubi Qafqazda mövcudluğunu saxlamaq üçün böyük resurs və imic itkisinə getdiyini bildirib. O, Moskvanın Ermənistanda rusiyayönlü yeni ideoloji əsas formalaşdırmağa çalışdığını, bunun baş tutmayacağı halda Cənubi Qafqazı həmişəlik itirəcəyini bildirib:

“III Ermənistan respublikası Rusiyanın reanimasiya səyləri sayəsində son nəfəsini Kreml ona yeni dövlət ideologiyası formalaşdırana və ya Kremlin onun mövcudluğunu dəstəkləmək üçün imkanları tükənənə qədər almağa davam edəcək. Çox böyük ehtimalla xəstəni xilas etmək alınmayacaq, çünki “miatsum” ruhu ölümsüz deyil və hazırkı erməni siyasətçiləri bütün nəsli ilə məhv olacaq. Növbədənkənar seçkilər bu situasiyanı çətin ki dəyişdirə bilsin”.






Ana səhifəyə qayıt        Baxış: 3 342          Tarix: 7-05-2021, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma