Xəbər lenti

 

Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov Bakıda "Ermənistan: faşizmin tüğyan etdiyi ölkə" adlı mətbuat konfransı keçirib.

Ovqat.com-un məlumatına görə, o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində qorunub saxlanılan sənədlər əsasında hazırladığı araşdırma məqaləsinin təqdimatında bildirib ki, bu məqalə tarixçinin təxminən bir il müddətində həmin sənədlər üzərində apardığı araşdırmanın nəticəsində ərsəyə gəlib.

O bildirib ki, həmin nadir sənədlər heç Rusiya arxivlərində belə qalmayıb. Kuznetsov məqaləsində hazırda Ermənistanın hökumət binası qarşısında abidəsi ucaldılan Qareqin Njdenin, əslində nasist olduğunu tarixi faktlarla əsaslandırıb.

Məqalə müəllifi sonda daha bir maraqlı faktı diqqətə çatdırır. Belə ki, SSRİ-də 1937-ci ildə daşnaklar erməni, milliyətçi, bolşevizmin ideya düşməni və ya anti-sovetçilər olduqları üçün deyil, məhz liderləri özlərini Hitlerin tərəfdarları elan etdikləri üçün repressiyaya məruz qalıblar.

Onu da qeyd edək ki, Oleq Kuznetsov uzun illərdir ki, erməni faşizmi və onun ağır nəticələri barədə apardığı araşdırmaları ilə tanınır. \\Xezerxeber.az





Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 20-09-2018, 19:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma