Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır.
Ovqat.com-un məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında belə deyib.
O bildirib ki, bu məsələdə Rusiyanın və digər beynəlxalq tərəfdaşların dəstəyinə ümid edir.
"Bu yaxınlarda Azərbaycan tərəfindən pozulan və müntəzəm atışların olduğu sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işləri təsəvvür etmək çətindir. Sotk-Xoznavar bölgəsindəki sərhədin bir hissəsini nəzərdə tuturam", - deyə qeyd edib.
Paşinyan Rusiya sərhədçilərini və ya beynəlxalq müşahidəçiləri yerləşdirmək təklifini təkrarlayıb, bu təklifə uyğun olaraq bölgəyə qoşun yeridilməsinin vacibliyini vurğulayıb.
Paşinyan həmçinin qeyd edib ki, bölgədəki kommunikasiyaların blokdan çıxarılması nəticəsində Azərbaycanın Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsi yaranacaq. O qeyd edib ki, buna Azərbaycan hakimiyyətinin ritorikası mane olur.
“9 Noyabr bəyanatına görə, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi, eyni zamanda İranla dəmir yolu əlaqəsi alacaq və Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə quracaq”.
O, həmçinin qeyd edib ki, "Ermənistan tərəfi sülh gündəmini inkişaf etdirmək üçün əlindən gələni edəcək".
Yəni Zəngəzur dəhlizini açırıq, amma siz buna dəhliz deməyin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar