Xəbər lenti
“Rusiya gələcəkdə də Türkiyə və Ermənistan arasında təmas nöqtələrini aramağa davam edəcək”.

Bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko iki ölkə arasındakı mü­na­sibət­lə­rə dair fevralın 24-də Viyanada planlaşdırılan növbəti görüş barədə açıqlamasında de­yib.
O bildirib ki, qarşıdan gələn görüş ərəfəsində Rusiya regionda sabitliyin qorunması üçün iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verməyə hazırdır.

Məlumat üçün bildirək ki, Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan arasında Avstriyanın paytaxtı Viyanada ikitərəfli for­mat­da görüş keçiriləcək. Görüşdə münasibətlərin normallaşdırılması yönündə müzaki­rə­lər aparılacaq.
Beynəlxalq ekspertlər düşünür ki, rəsmi Moskva Viyanada Rusiyasız keçirələcək görüş­dən narahatdır. Onların fikrincə, Ermənistan rəhbərliyi Türkiyə ilə diplomatik əlaqələr qurmaq və Türkiyə kapitalı üçün sərhədləri açmaqla iqtisadiyyatını yaxşı­laş­dı­ra­caq, bu da ölkənin Moskva asılılığından xilas olmasına şərait yaradacaq.

Gürcüstan Texniki Universitetinin professoru, konfliktoloq Amiran Xevsuriani də bu fikirdədir:

Sitat: “Belə bir addım Ermənistanın xarici siyasətinə daha çox çeviklik gətirə bilər. Xüsusilə də ölkənin Moskvadan birtərəfli asılılığından xilas olmasına şərait yaratmaqla. Bu baxımdan hesab edirəm ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Erməni xalqı reallıqları dərk etməlidir. Nikol Paşinyan hökuməti də anlayır ki, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması Rusiyanın Ermənistan üzərində təsirinin azalmasına səbəb olacaq. Ermənistan Türkiyənin şərtlərini qəbul edib münasibətlərin normallaşmasına getməlidir. Yəni Ermənistan konstitusiyasının 8-ci maddəsində Türkiyəyə qarşı ərazi iddiaları qarşıdan gələn referendumda aradan qaldırılmalıdır. Bundan başqa, Ermənistan qondarma erməni soyqırımının tanınması siyasətindən imtina etməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır.” Sitatın sonu

Xevsuriani onu da bildirib ki, hazırda Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyanlardan biri Türkiyənin özəl sektorudur. Rəsmi İrəvan da Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsa, Gürcüstan kimi iqtisadi inkişaf mərhələsinə qədəm qoya bilər. Əks halda Rusiyanın asılılığından çıxması mümkün deyil.

apa.az




Ana səhifəyə qayıt        Baxış: 3 274          Tarix: 16-02-2022, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma