Xəbər lenti

“Rusiya gələcəkdə də Türkiyə və Ermənistan arasında təmas nöqtələrini aramağa davam edəcək”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla telefon danışığı zamanı söyləyib.

Bildirilib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin qarşıdan gələn görüşü ərəfəsində Rusiya regionda sabitliyin qorunması üçün iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Qeyd edək ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.



Ana səhifəyə qayıt        Baxış: 3 237          Tarix: 14-02-2022, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma