Xəbər lenti

Dubaydan Moskvaya uçan sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

"Boinq" təyyarəsinin təcili Həştərxanın hava limanına eniş etdiyi bildirilib.

Qəza siqnalı ilə bağlı araşdırma aparılır.

***

“Pobeda” aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə sistemlərdən birində yanlış həyəcan siqnalına görə Xəzər dənizi üzərində qəza siqnalı göndərib.

Bu barədə aviaşirkət açıqlama yayıb.

Bildirilib ki, Dubay-Moskva marşrutu üzrə DP 992 reysini yerinə yetirən təyyarə sistemlərdən birində yanlış həyəcan siqnalı səbəbindən Həştərxandakı alternativ hava limanına enib. Pilotlar təyyarəni normal şəkildə endiriblər.

Qeyd edək ki, daha öncə yanğın sinqalının işə düşməsi səbəbindən təyyarənin təcili eniş etdiyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 441          Tarix: Dünən, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma