Xəbər lenti

“Milli Cəbhə Partiyası Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət etməyi qərara alıb. Baş nazirə ünvanlayacağımız məktubda biz onu haqqa dəvət etmişik”.

Bu fikirləri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərovun təqdimatında “Bakı-xəbər” televiziyasında yayımlanan “Doğrusu nə?” proqramının cümə günü efirə verilən buraxılışında səsləndirib.

“Bir ölkənin rəhbəri biabırçı şəkildə müharibədə məğlub olur, şəxsi cəhətdən də rüsvay olur, öz xalqının nifrətini qazanır, vətəndaşlar onun kabinetini tar-mar edir, saatını sındırır, özü də 2-3 ay bunkerdə gizlənir, kapitulyasiya aktına qol çəkir, sonra bu adam yeni seçkilər elan edir, səslərin çoxunu qazanaraq qalib gəlir”.

Deputat sual edib ki, dünyanın hansı ölkəsində belə bir təcrübə var?  

“Bu şəkildə məğlub olan rejimin sonra seçkidə qalib gəlməsi nadir hadisədir. Diktatura rejimi olan ölkələrdə belə, bu, mümkün deyil. Əgər onlar Paşinyanı hakimiyyətə gətiriblərsə, bu ona mesaj idi ki, biz sənin yanındayıq, müharibəni dayandır. Onun şansı var idi ki, indiki jesti o vaxt etsin. Çünki müxalifətin gücü yox idi. Əgər onu yıxmaq istəyənlərin gücü olsaydı, qalib gələrdilər. Ermənistan müxalifəti Paşinyana qarşı təşkil olunan mitinqlərə 10 mindən çox adam yığa bilmədi. Bu, Paşinyana əsas verirdi ki, o, öz xalqını yaxşı yaşatmaq üçün verdiyi sözün üzərində dayanıb ermənilərə fərqli həyat təqdim etsin. Bunun üçün isə regionda sülh olmalıdır. Ermənistan qonşularına olan iddialarından əl çəkməlidir. Paşinyan erməni xalqının ona verdiyi mandatdan indi istifadə etməlidir. Zaman onun xeyrinə işləmir. Zaman Azərbaycanın xeyrinə işləyir. Zaman Ermənistanın əleyhinə işləyir. Paşinyan cəsasrətli addım atsa, erməni xalqı onun arxasında dayanacaq”, - millət vəkili bildirib.

Razi Nurullayevin sözlərinə görə, Ermənistanın iqtisadiyyatı Rusiyaya inteqrasiya olunduğuna görə, şimal qonşumuzda baş verən hadisələr Ermənistana ciddi təsir göstərəcək, iqtisadiyyat zəifləyəcək, müəyyən problemlər yaranacaq.

“Bu proseslər erməni xalqı arasında narazılıqların artmasına gətirib çıxaracaq. Onda Paşinyan üzərinə götürdüyü öhdəlikəri heç yerinə yetirə bilməyəcək. Onun az vaxtı var və bunu ona başa salmaq lazımdır”, - deputat əlavə edib.

00:00
00:00



Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 11-04-2022, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma