Xəbər lenti

"Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda Ukrayna ilə bağlı təşkil edilən görüşdə respublikanı təmsil edəcək".

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, XİN rəhbəri Ankaranın Rusiya ilə Ukrayna arasında danışıqlar aparmağa hazır olduğunu bir daha təsdiqləyəcək.

"Xarici işlər naziri Hakan Fidan ölkə prezidentini təmsil edəcək. O, tədbirdə Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülh yolu ilə dayandırmaq üçün səylər göstərdiyini vurğulayacaq. H.Fidan həmçinin 2022-ci ilin mart ayında Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi etmiş Türkiyənin bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirəcək", - deyə mənbə əlavə edib.

Fidan eyni zamanda, təhlükəsizliyin təmin edilməsi, iqtisadi rifahın və regional sabitliyin qorunmasının qarşıdakı danışıqlar dövründə bütün tərəflərin ortaq məqsədi olması gərəkdiyini vurğulamağı planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 1 591          Tarix: Bu gün, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma