Xəbər lenti

"Ukraynanın varlığını təhdid edə biləcək risklər ortaya çıxa bilər".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç öz "Telegram" kanalında Ağ Evdə Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında mübahisəni şərh edərkən deyib.

"Ukraynanın mövcudluğunun və azadlıq uğrunda mübarizəmizin belə bir kritik məqamında bizə müttəfiqlər lazımdır, düşmənlər deyil. Bizə şəhərlərimizi müdafiə etmək və əsgərlərimizin cəbhə xəttində istifadə edə biləcəyi silahları tədarük edəcək müttəfiqlər lazımdır. Bizə qəti lazım deyil ki, dost olanları düşmənə çevirək", - deyə Arestoviç paylaşımda yazıb.

İndi, onun sözlərinə görə, Ukraynanın mövcudluğunu təhlükəyə atacaq risklər yaranıb. Söhbət hava hücumundan müdafiə sistemlərinin, Ukrayna Silahlı Qüvvələri üçün silahların tədarükünün, büdcənin sabitləşdirilməsi üçün maliyyə yardımından potensial dayandırılmasından gedir.

Siyasətçi qeyd edib ki, Kiyev və Vaşinqton arasında münasibətlər bir neçə saat ərzində heç vaxt olmadığı qədər problemli hal alıb.




Ana səhifəyə qayıt        Baxış: 2 210          Tarix: Bu gün, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma