
"Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışığının Avropa üçün nəticələri olacaq. Bu danışıq Avropa İttifaqına (Aİ) zərər verə bilər".
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva jurnalistlərə açıqlamasında deyib.
"Mən diplomat deyiləm, amma diplomatiyaya inanıram. Yarandığı gündən Ağ Evin Oval otağında şahidi olduğumuz qədər qrotesk, hörmətsiz səhnə olmayıb", - Braziliya lideri qeyd edib.
Lula da Silva ABŞ və Ukrayna liderlərinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşünü də müzakirə edib. O belə qənaətə gəlib ki, Aİ Ukraynanın bərpası, NATO-nun qorunub saxlanması üçün və davam edən fəlakətə görə məsuliyyət daşıyacaq.
"Ümid edirəm ki, artıq hər kəs öz dərsini aldı. Yalnız sülh həyatı normala qaytara və bizə firavan yaşamağa imkan verə bilər", - Braziliya prezidenti sözlərini yekunlaşdırıb.
Paylaş: