Xəbər lenti
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
30-01-2025, 13:25
“Gələcəyə, potensial böyük faciəyə yol verməmək üçün Ermənistan öz dərdlərinə və problemlərinə yaxından nəzər salmalı, Azərbaycanla birbaşa danışıqlar aparmalıdır”.
Ovqat.com xəbər verir ki, bu sözləri Bakı ermənisi, son zamanlaradək Ukraynanın Daxili İşlər naziri vəzifəsini icra etmiş Arsen Avakov Çibuxçyan Live-ə müsahibəsində deyib.
Yazılı müraciətində Avakov erməniləri Qarabağın Azərbaycan torpağı olması ilə razılaşmağa və Moskvanın əlində alətə çevrilməməyə çağırıb:
“Avropalıların nəyəsə zamin olması Rusiyanın zamin olmasından qat-qat yaxşıdır. Amma biz bilirik ki, avropalıların mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, əks halda Qarabağ çoxdan “Artsax Respublikası” kimi tanınacaqdı.
Qarabağda baş verən son hərbi hadisələrdən mənim yaxınlarım da çox əziyyət çəkiblər. Yenə deyirəm, bu, böyük dərddir, indi çox müdrik olmaq lazımdır ki, milli faciənin qarşısı alınsan. Mən düşünmürəm ki, Ermənistan öz ərazilərini verməlidir, amma mən hesab edirəm ki, biz “Artsax” və Ermənistan arasında milli inkişaf, milli mədəniyyət və ünsiyyət azadlığı üçün müvafiq təminatlar əldə etməkdən danışmalıyıq. Məhz bunun ətrafında müqavilələr sistemi qurmaq lazımdır. Ermənistana artıq Rusiya qədər xəyanət edəcək ikinci dövlət yoxdur, yalnız Makron və Fransanı, Avropa İttifaqı və ABŞ-ı zamin seçin.
Çətin kompromislərdən və konsensusdan keçməlisiniz. Ermənistanın baş naziri müxalifət qüvvələrini toplamalı, onları videokameraları olmayan kabinetinə yığmalı və deməlidir: “Uşaqlar, vəziyyət belədir, gəlin konsensusla bu qərarı dəstəkləyək”.
Həmişə düşünmüşəm və indi də düşünürəm ki, Ermənistanda çox ağıllı adamlar var və beşinci kolonun qarşısını necə kəsməyi öyrənmək lazımdır. Öz aranızda razılaşarıqsa, danışıqlar prosesində güclü mövqeyə malik olarıq. Üstəlik, ermənilər qədər lobbiçilik fəaliyyəti ilə məşğul olan toplumlar çox azdır, ondan düzgün istifadə etmək lazımdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər