
Xəbər lenti
Bu gün, 14:37
Bu gün, 13:05
Bu gün, 12:47
Bu gün, 10:34
Bu gün, 09:13
Bu gün, 00:00
Dünən, 20:21
Dünən, 19:15
Dünən, 14:58
Dünən, 12:50
Dünən, 11:26
Dünən, 09:06
Dünən, 00:04
2-03-2025, 21:22

"Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur".
Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
"Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi. 30 ilə yaxın davam edən danışıqların işğalı əbədiləşdirmək, Ermənistan işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə biz heç vaxt buna razı ola bilməzdik.
Vətən müharibəsində göstəridiyimiz iradə, qətiyyət döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz tək Ermənsitanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq. Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq. Ona görə bu qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur", - Prezident bildirib.
Biz bütün dünyaya sübut etdik ki, 21-ci əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır. Cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edildi. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi”- deyə, Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı xatırladıb ki, Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Onların özlərinin etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmayıb.
“Mən bilirəm ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib ki, məhz buna görə ordu quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə olunurdu.
“Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”, - deyə Prezident İlham Əliyev deyib.
Bütün qüvvələrin Qarabağ münaqişəsinin həlsəfərbər edildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Qarabağ münaqişəsinin həll edilməsi mənim üçün Prezident kimi başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir.
Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar