Xəbər lenti

“Delimitasiya və demarkasiya iki qonşu dövlətin mövcud vəziyyəti qiymətləndirməsi və buna ehtiyac olduğu qənaətinə gəlməsi fonunda baş verir”.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan səsləndirib. O bildirib ki, delimitasiya və demarkasiya prosesinin yeni müharibə riski yaradacağı istisna deyil və buna zəmanət yoxdur.

Zakaryan bu proses nəticəsində yeni ərazi güzəştlərinin olacağını da istisna etməyib: “Bu vəziyyətdə kapitulyatorun rəhbərliyi altında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi o deməkdir ki,  qarşı tərəf tələblər irəli sürür, Ermənistan isə ya manevr etməyə, ya da Azərbaycanın tələblərini yerinə yetirməyə çalışır.

Həmçinin Ermənistan tərəfi yeni əraziləri də güzəştə gedə bilər” – Zakaryan fikirlərini tamamlayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: 6-09-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma