Xəbər lenti

"Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır".

13:09

"Hazırkı postmünaqişə mərhələsində xarici siyasət gündəliyimizdə aktuallıq təşkil edən sülh dialoqunun əsasları da ulu öndər Heydər Əliyevin müdrikliyindən qaynaqlanır".

 Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox ölkələri ilə qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi önəmli yer tutub: "Hazırda Azərbaycanın genişlənən hərtərəfli beynəlxalq əlaqələrinin əsasında ümummilli lider Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğu şöbhəsizdir".

Nazir bildirib ki, hazırda Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri, baş konsulluqları, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri aktiv fəaliyyət göstərir: "Belə ki, hazırda ölkəmizin dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. Bu rəqəmlər ölkəmizin hərtərəfli beynəlxalq əlaqələrinin göstəricisidir".



Ana səhifəyə qayıt        Baxış: 2 653          Tarix: 7-05-2022, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma