Xəbər lenti

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib.

Qurum rəhbəri “Report”a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir:

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən də mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmurlar”, - F.Şəfiyev qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 3 186          Tarix: 19-05-2022, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma