Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59
3-12-2025, 19:45
3-12-2025, 18:38
3-12-2025, 16:18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 7-10 iyun tarixlərində Moskva şəhərində səfərdə olub və bir sıra tədbirlərdə iştirak edib.
Ovqat.com-un məlumatına görə, o, iyunun 7-də "Vestnik Kavkaza" və "Sever-Yug" Siyasi Mərkəzi tərəfindən birgə təşkil olunmuş "Rusiya-Azərbaycan: Cənubi Qafqazda yeni şəraitdə strateji əməkdaşlıq" mövzusunda Rusiyanın alim və mütəxəssislərin iştirakı ilə keçirilən konfransda çıxış edib.
Tədbirdə həmçinin XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov da iştirak və çıxış edib. Konfransda müzakirələr Azərbaycan siyasətinin təhlili və Rusiya ilə əməkdaşlıq məsələləri istiqamətində aparılıb.
Daha sonra iyunun 8-9-da F. Şəfiyev həm qlobal, həm də regional problemlərin müzakirə olunduğu "Primakov qiraətləri"ndə iştirak edib. İyunun 10-da Fərid Şəfiyev Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu tərəfindən təşkil olunmuş "Avrasiyada inteqrasiya prosesi: problemlər və perspektivlər" mövzunda konfransa qatılıb. Tədbirin Qafqaza həsr olunmuş bölməsində çıxış edən səfir F. Şəfiyev regionda iki Qarabağ müharibəsindən sonra yaranmış problem və perspektivlərdən danışıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























