Xəbər lenti
Dünən, 20:25
Dünən, 19:48
Dünən, 18:45
Dünən, 16:55
Dünən, 14:20
Dünən, 12:00
Dünən, 10:26
31-01-2025, 23:46
31-01-2025, 22:40
31-01-2025, 21:45
31-01-2025, 21:00
31-01-2025, 19:41
31-01-2025, 18:46
31-01-2025, 16:52
31-01-2025, 14:37
Bu gün İlham Əliyevlə Paşinyan Brüsseldə yenidən görüşəcəklər.
Ovqat.com-un məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin ofisi bildirib.
Bildirilir ki, budəfəki görüş də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri yenə Şarl Mişelin vasitəçiliyi ilə bundan əvvəl aprel ayının 6-da Brüsseldə görüşmüşdülər. Görüşdə maya qədər iki tərəfli danışıqların başlanması və sülh sazişinin hazırlanması barədə razılıq əldə olunmuşdu.
"Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - İlham Əliyev bu barədə litvalı həmkarı Gitanas Nauseda ilə görüşdə demişdi.
İlham Əliyevin bu sözlərindən sonra liderlərin yenidən Brüsseldə bir araya gəlməsi diqqətçəkicidir. Paşinyanın bu dəfə hansı bəhanə ilə vaxt uzadacağı maraq doğurur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər