Xəbər lenti
Dünən, 20:25
Dünən, 19:48
Dünən, 18:45
Dünən, 16:55
Dünən, 14:20
Dünən, 12:00
Dünən, 10:26
31-01-2025, 23:46
31-01-2025, 22:40
31-01-2025, 21:45
31-01-2025, 21:00
31-01-2025, 19:41
31-01-2025, 18:46
31-01-2025, 16:52
31-01-2025, 14:37
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstandan çıxmasından sonra bir çox ekspertlər tərəfindən belə fikirlər səsləndirilirdi ki, artıq ölkəmizin yerləşdiyi region Vaşinqton üçün əvvəlki qədər əhəmiyyət kəsb etməyəcək və buna uyğun olaraq ölkəmizə qarşı ABŞ-ın marağı azalacaq. Bu cür təhlillərin müəyyən əsası var idi, çünki Azərbaycan uzun illər ərzində qlobal antiterror səylərinin mühüm aktoru kimi çıxış etməkdədir. Əfqanıstanda sülhməramlı missiyasının fəaliyyəti və xüsusilə keçən ilin avqust ayında kritik məqamda Kabul hava limanının təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirilib. Bununla belə, keçən bir il ərzində regionda və dünyada baş verən proseslər onu göstərdi ki, Azərbaycanın əhəmiyyəti yalnız hansısa bir hadisə və ya proseslə təcrid olunmayıb, əksinə ölkəmiz regionda baş verən əsas siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə olan proseslərin vacib oyunçusudur. Son bir ay ərzində ABŞ Prezidenti Cozef Bayden tərəfindən dövlətimizin başçısına ünvanlanmış məktublar və onların məzmunu bunu bir daha sübut edir
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov deyib.
Ekspert qeyd edib ki, Prezident Cozef Baydenin dövlətimizin başçısına göndərdiyi məktublarında ABŞ və Azərbaycan arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə ölkəmizin bir çox sahələrdə güclü tərəfdaş olması faktı xüsusilə qeyd edilir və əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün maraq ifadə olunur. Bu baxımdan çox vacibdir ki, C.Bayden bu gün də Azərbaycanı ABŞ-ın sadiq tərəfdaşı olmasını vurğulayır.
“Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi, bunun nəticəsində regionda yaranmış yeni təhlükəsizlik çağırışları və enerji bazarında yaranmış fəallaşma ABŞ-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm əsaslar yaradır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və idxalın şaxələndirməsi səylərində əsas rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək edir”,-V.Hüseynov vurğulayıb.
O əlavə edib ki, ölkəmiz təkcə enerji təminatçısı kimi deyil, eyni zamanda, potensial tranzit zona kimi də çıxış edir. Bu baxımdan təsadüfi deyil ki, ABŞ Prezidenti Cozef Baydenin hər iki məktubunda Transxəzər əməkdaşlığı xüsusilə qeyd edilir. Transxəzər enerji nəqlinin nəhəng potensialının reallaşdırılmasında Azərbaycanın əhəmiyyəti diqqətə çatdırılır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ və Azərbaycan arasında əlaqələrin daha da intensivləşməsi gözləniləndir. Bu əlaqələr regionda sülh və sabitliyin təminatında böyük əhəmiyyətə malikdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər